Pakistan və ABŞ antiterror təliminə başladı

Pakistan və ABŞ hərbçiləri "İnspired Qambit-2026" adlı birgə antiterror təliminə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, iki həftə davam edəcək təlimlər Pabbi şəhərindəki Milli Antiterror Mərkəzinin bazasında keçirilir.

Qeyd olunub ki, təlimlərin məqsədi terrorizmlə mübarizə əməliyyatlarını gücləndirməkdir.