Vatikanın rəhbəri Pope Leo XIV ABŞ və İran arasında əldə olunan razılaşmanın həqiqətən də müharibəyə son qoyacaq həllə çevriləcəyinə ümid etdiyini bildirib.
Sherg.az xəbər verir ki, Papa jurnalistlərə açıqlamasında iyunun 19-da imzalanması gözlənilən memorandumla bağlı danışaraq, tərəflər arasında hələ də həllini gözləyən məsələlərin olduğunu qeyd edib.
“Bu problemləri müharibə yolu ilə deyil, dialoq və danışıqlar yolu ilə həll etmək hər zaman daha yaxşıdır. Ümid edirəm ki, bu razılaşma həqiqətən müharibəyə son qoyacaq bir həll olacaq”, - deyə Papa vurğulayıb.
Katolik kilsəsinin rəhbəri nüvə silahlarının ləğvinin vacibliyinə də diqqət çəkərək, bütün xalqların rifahı naminə iqtisadi və sosial problemlərin həlli yollarının axtarılmasının zəruri olduğunu bildirib.
Papa XIV Leo həmçinin Avropada son dövrlərdə müzakirə olunan “remiqrasiya” (miqrantların geri qaytarılması) ideyasına münasibət bildirərək, miqrasiya probleminin sadəcə insanları geri göndərməklə həll edilə bilməyəcəyini və bunun xristian yanaşmasına uyğun olmadığını qeyd edib.