Paşinyanın təyyarəsinin Ukrayna dronlarına görə Moskvaya enə bilmədiyi təsdiqlənib - YENİLƏNİB

Paşinyanın təyyarəsi Moskvada hava məkanının müvəqqəti bağlanması səbəbindən gecə saatlarında Moskvaya enə bilməyib.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

APA-nın Moskva bürosunun xəbərinə görə, TASS mənbəyə istinadən Nikol Paşinyana məxsus olduğu güman edilən təyyarənin Moskvaya eniş etdiyinə dair məlumat yayıb.

***

10:43

Ermənistan Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib.

APA “Baza”ya istinadən xəbər verir ki, Ukrayna dronlarının hücumu səbəbindən Nikol Paşinyanın olduğu təyyarənin dekabrın 11-nə keçən gecə Moskvaya eniş etməsi mümkün olmayıb.

Paşinyanın təyyarəsi Tver bölgəsində təxminən bir saat dövrə vuraraq eniş üçün icazə gözləsə də, bu, mümkün olmayıb.

Nəticədə təyyarə Sankt-Peterburqa yola düşüb, gecə saat bir radələrində Pulkova aeroportuna enib.

Paşinyan Avrasiya İqtisadi Birliyinin (AİB) Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Sankt-Peterburqa Moskvaya yola düşüb.