Pentaqon 400 milyon dollar dəyərində lazer anti-dron sistemləri alacaq

ABŞ ordusu Amerika texnologiya şirkəti "AeroVironment" ilə 400 milyon dollar dəyərində "Locust" anti-dron lazer sistemlərinin tədarükü üzrə ilk müqaviləsini imzalayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Pentaqon hərbi münaqişələrdə getdikcə daha çox istifadə edilən pilotsuz uçuş aparatları ilə mübarizə aparmaq üçün əlverişli və effektiv vasitələr axtarır və Meksika sərhədində "Locust" sisteminin sınaqdan keçirilməsi zamanı baş verən dostcasına atəş hadisəsinə baxmayaraq, onlarla belə sistem alacaq.