Peter Stano: Ermənistan-Aİ danışıqlarının üzvlüyə namizədlik imkanları ilə əlaqəsi yoxdur
Peter Stano: Ermənistan-Aİ danışıqlarının üzvlüyə namizədlik imkanları ilə əlaqəsi yoxdur
Yusif Nəzərli
13:47 09.08.2024
Dünya
464
Ermənistan - Avropa İttifaqı arasında danışıqların üzvlük namizədliyi imkanları ilə heç bir əlaqəsi yoxdur.
APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano "Azadlıq Radiosu"nun Ermənistan bürosuna müsahibəsində deyib.
O bildirib ki, Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi fevral ayında Ermənistanla razılaşdırılıb.
"O zaman razılaşdıq ki, daha iddialı olacağıq və mövcud müqaviləni təzələyəcəyik. Biz artıq Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlara başlamışıq və məhz bu, Aİ-Ermənistan əməkdaşlığını qarşılıqlı maraq doğuran bütün sahələrdə genişləndirəcək bir yenilikdir, çünki Aİ-nin tərəfdaşlarla münasibətləri inkişaf etdirmək prinsiplərindən biri tərəfdaşın ambisiyalarına cavab verməkdir. Ermənistanın da etdiyi kimi, biz qarşı tərəfin daha dərin və intensiv əməkdaşlıq etmək istəyinin olduğunu görsək, buna cavab veririk.
Beləliklə, indi tərəfdaşlarımızın nə qədər irəli getməyə hazır olduğunu və hədəflərimizi uyğunlaşdırmağa hazır olduğumuzu görmək üçün bir gündəm müzakirə edirik", - Peter Stano deyib.
Aİ rəsmisi əlavə edib ki, bu münasibətlərin üzvlük danışıqlarının başlaması ilə heç bir əlaqəsi yoxdur: "Bunun potensial üzvlük namizədliyi prosesi ilə heç bir əlaqəsi yoxdur. Aİ-Ermənistan tərəfdaşlığı gündəliyi üzrə danışıqlar hər iki tərəfin birgə daha çox işlər görmək üçün qarşılıqlı istək və iradəsini əks etdirir, mövcud münasibətlərə əsaslanır. Hazırkı əlaqələr isə Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi ilə müəyyən edilir. Bu danışıqların potensial üzvlüyə namizədlik imkanları ilə heç bir əlaqəsi yoxdur, bunlar iki fərqli şeydir, bizim artıq Ermənistanla Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişimiz var və indi biz bu baza əsasında hansı sahələrdə daha sıx əməkdaşlıq edə biləcəyimizi müəyyən edirik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Baş müşavir: Ərdoğan yenidən namizədliyini irəli sürə biləcək
18:38 03.08.2026
Gündəm
Emin Əmrullayev Xankəndidə vətəndaşları qəbul edəcək
18:25 03.08.2026
Elm və Təhsil
İranda din qanlı rejimin edam maşınına çevrilib - İlahiyyatçı
18:08 03.08.2026
Gündəm
Tramp: Venesuelada böyük qələbə qazanmışıq, İran nüvəsizləşdirilib
17:57 03.08.2026
Dünya
Ermənistanın yeni hökuməti təsdiqləndi
17:47 03.08.2026
Region
Dövlət komitəsi Kəlbəcərdə qəbiristanlıqlara baxış keçirib
17:41 03.08.2026
Gündəm
Simonyanın gedişi Azərbaycan üçün müsbət siqnaldır - Ermənişünas
17:39 03.08.2026
Gündəm
İyulda hava iqlim normasından yuxarı olub
17:30 03.08.2026
Ekologiya
Çolpon-Ata Bəyannaməsi Türk dünyasının gələcəyinə yol açır - ŞƏRH
17:28 03.08.2026
Gündəm
İsrail Prezidenti: HƏMAS tam tərksilah edilməlidir
16:15 03.08.2026
Dünya
XİN: 2020-ci ildən bəri 433 nəfər mina qurbanı olub
16:09 03.08.2026
Gündəm
Zərif: Belə getsə, Çin də İrana qarşı çıxacaq
15:47 03.08.2026
Dünya
Çimərliyə getmək istəyənlərin nəzərinə!
15:33 03.08.2026
Ekologiya