
Peycer qalmaqalı: Mobil telefonlar, planşetlər kənardan partladıla bilər -ŞƏRH
Peycer qalmaqalı: Mobil telefonlar, planşetlər kənardan partladıla bilər -ŞƏRH
Yusif Nəzərli
05:35 22.09.2024
Dünya
515
Peycerlərin partlaması texniki problem yox, düşünülmüş bir aksiyadır
Livanda peycerlərin partlaması nəticəsində 1500-ə yaxın insan yaralanıb, yüzdən çox insan həlak olub. Peycerlərdən başlayaraq digər elektron cihazlarda baş verən partlayışlar, əslində, insanların bu məhsulların sahibi deyil, istifadəçisi olduğunu göstərib və insanlarda texnoloji məhsulların kənardan idarə olunması ilə bağlı ciddi narahatlıq yaradıb. Partlamanın səbəbinin nə olduğu dəqiq bilinməsə də, bəzi ekspertlər İsrail kəşfiyyatının öncədən peycerlərə partlayıcı qurğu yerləşdirdiyini bildirirlər. Bəzi mütəxəssislər isə iddia edirlər ki, israilli hakerlər peycerlərə müdaxilə edib, onların batareyalarını həddindən artıq qızdırıblar deyə partlayışlar baş verib.
Belə olan təqdirdə isə ortaya bir sual çıxır: gündəlik həyatımızda istifadə etdiyimiz müxtəlif avadanlıqlar, sürdüyümüz elektromobillər həyatımız üçün təhlükəyə çevrilə bilərmi?
Qeyd edək ki, 2024-cü ildə peycerlər artıq o qədər geniş yayılmış texnologiya deyil, çünki onları mobil telefonlar demək olar ki, tam əvəz edib. Bununla belə, bəzi sahələrdə, xüsusilə səhiyyə və fövqəladə xidmətlər kimi xüsusi hallar üçün peycerlər hələ də istifadə olunur. Bu sahələrdə peycerlər etibarlı kommunikasiya vasitəsi olaraq qalır, çünki onlara mobil şəbəkə əhatə dairəsinin olmadığı yerlərdə belə güvənmək olur.
Peycerlər əsasən ABŞ, Yaponiya və bəzi Avropa ölkələrində istehsal olunur. Bu cihazlar texnologiya bazarında öz rolunu qoruyub saxlayır, xüsusilə "Motorolla" kimi texnologiya nəhəngləri peycer istehsalında önəmli mövqedədirlər. Digər əsas istehsalçılar arasında "Swissphone" və "Apollo" şirkətlərini də göstərmək olar.
Adətən sadə və təhlükəsiz cihazlar hesab olunan peycerlər yalnız radio siqnalları qəbul etmək üçün nəzərdə tutulub və zəif batareya ilə işləyirlər.
Ekspertlərin fikrincə, müasir peycerlərin proqram təminatı manipulyasiya edilə bilər və ya güclü radio siqnalları vasitəsilə kiberhücumlar baş verə bilər. Bəzi hallarda bu cür cihazların elektron hissələri kənar müdaxilələr nəticəsində sıradan çıxa və təhlükəli hala gələ bilər. Elektron cihazların xüsusən elektromaqnit siqnallarından təsirlənməsi mümkünlüyü üzündən belə hallar baş verə bilər.
Hərbi ekspert Azad İsazadə iki-üç gün əvvəl Livanda baş verən partlayışların diversiya aktı olduğunu zənn edir. Onun “Sherg.az”a açıqlamasına görə, İsrail boynuna almasa da, ekspertlər bu hadisədə İsrail kəşfiyyat orqanlarının əli olduğunu düşünür:

“Peycerlərin partlaması texnoloji baxımdan mürəkkəb prosesdir, çünki bu cihazlar adətən təhlükəsiz, aşağı güc ilə işləyən sistemlərdir. Ancaq belə partlayışlar əsasən cihazın batareyası və ya elektron komponentlərində olan qüsurlar, kənardan müdaxilə və ya kibertəhlükəsizlik boşluqları nəticəsində baş verə bilər. Kənar siqnallar və ya zərərli proqramlarla peycerlərin idarə edilməsinə müdaxilə etmək mümkündür. Belə hallarda cihazın elektron komponentləri düzgün işləməyə bilər, nəticədə cihazın qızması və partlaması riski yaranır”.
A.İsazadənin sözlərinə görə, Livanda peycerlərin partlaması gündəlik həyatımızda istifadə etdiyimiz texnoloji avadanlıqlar, sürdüyümüz eloktromobillər üçün heç bir təhlükə yaratmır:
“Düzdür, mobil telefonlar, planşetlər, noutbuklar və hətta ağıllı ev cihazları kimi digər elektron cihazlarda da kənardan müdaxilə nəticəsində partlayışa səbəb olmaq mümkündür. Bu cihazlar da lityum-ion batareyalarla işlədikləri üçün eyni növ problemlərə məruz qala bilərlər. Lakin peycerlərin partlaması texniki problem yox, düşünülmüş bir aksiyadır. Hansısa dövlət həmin cihazlara ya kiçik ölçüdə partlayıcı maddə yerləşdirib, ya da xüsusi proqramlar vasitəsilə batareyaların qızıb partlamasına səbəb olub. Belə ki, güclü elektromaqnit impulsları peycerlərin elektron sistemlərinə zərər vura bilər. Bu, cihazın qızmasına və nəticədə partlayışa səbəb ola bilər. Ona görə də bu texnologiyadan istifadə edən dövlətlərin peycerlərin proqram təminatını və şəbəkə təhlükəsizliyini gücləndirməsi vacibdir. Zərərli siqnallara qarşı mühafizə mexanizmləri quraşdırılmalı və cihazlara kənardan müdaxilə mümkün olmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransanın "Lion" komandasının yeni baş məşqçisi açıqlanıb
16:30 10.11.2026
Futbol
BMT: İqlim dəyişikliyi ciddi iqtisadi risklər yaradır
16:21 10.11.2026
İqtisadiyyat
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb
15:40 10.11.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
14:59 10.11.2026
Cəmiyyət
Qaradağ rayonunda 30 yaşlı kişi dəm qazından boğularaq ölüb
14:50 10.11.2026
Hadisə
Dekabrda neçə gün iş olmayacaq?
14:41 10.11.2026
Cəmiyyət
İran “Hörmüz” raketini hazırladı
14:33 10.11.2026
Region
Daha iki gün yağış yağacaq - XƏBƏRDARLIQ
14:06 10.11.2026
Ekologiya
Gürcüstan Prezidenti COP31-də iştirak edəcək
13:58 10.11.2026
Cənubi Qafqaz
Arsen Venger FIFA prezidenti ola bilər
13:50 10.11.2026
Futbol
Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
13:27 10.11.2026
Region
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
13:18 10.11.2026
Siyasət
Marko Rubio Ukrayna XİN rəhbəri ilə görüşdü
13:10 10.11.2026
Gündəm
Azərbaycan XİN Polşaya başsağlığı verdi
12:50 10.11.2026
Siyasət
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:28 10.11.2026
Ekologiya