
Politoloq: ABŞ İranla ikitərəfli razılaşma istəyir
13:22 25.04.2025
Dünya
672
İran isə danışıqlarda daha yaxşı şərtlər üzərində mübarizə aparır
İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar yaxşı gedir və razılaşmanın əldə olunması bir çox insanın həyatını xilas edə bilərdi.
Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Tramp qeyd edib ki, düşünürəm ki, İranla bağlı vəziyyətimiz çox yaxşıdır. Çox ciddi görüşlərimiz keçirilir. Amma hadisələrin yekununa dair yalnız iki variant var. Onlardan biri yaxşı variant deyil.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Fərhad Məmmədov Sherg.az-a bildirib ki, ABŞ İranla ikitərəfli razılaşma istəyir:

“Həmin razılaşmanın şərtələri keçmiş müqavilədən daha kəskindir. İran tərəfi danışıqlarda daha konstruktiv görsənməyə meyillidir. ABŞ-nin İrandan gözləntiləri nüvə proqramı və Tehranın regional siyasətiylə bağlıdır. Amerika İrandan təkcə nüvənin istehsalını deyil, həmçinin nüvə silahının daşıyıcısı olan raketlərin proqramını dayandırmağı tələb edir. Eyni zamanda Amerika və İsrail Qəzzada, Suriyada və Yəməndə İranı dəstəkləyən qrupların infrastrukturunu dağıdıb. Lakin bu istamətdə danışıqlar aktual deyil. Əsas şərt Amerikanın iştirakıyla MAQATE tərəfindən İranın nüvə istehsalına tam nəzarət və raket proqramıyla bağlı məhdudiyyətlərin qoyulmasıdır ki, bu isə Tehran tərəfindən qəbuledilməz kimi qarşılanır. Bu mənada deyə bilərik ki, İran danışıqlarda daha yaxşı şərtlər üzərində mübarizə aparır. Digər tərəfdən İran konstruktiv görünməyə çalışsa da, daxildəki bəzi qüvvələr danışıqlardan çox narahatdır. Çünki danışıqlarda regional siyasət və nüvə proqramıyla bağlı məhdudiyyətlər razılaşdırılsa, həmin radikal qrupların resurslarını azaldacaq. Sözügedən məsələ daha çox SEPAH-a aiddir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya