
Politoloq: Budapeşt görüşü Avropa İttifaqını silkələyəcək
Yusif Nəzərli
05:49 22.10.2025
Dünya
387
Vladimir Putin bu planla Qərbi parçalamağa çalışır
Rusiya sülh istəmir, Donbası tam ələ keçirmək niyyətindədir
Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ rəhbəri Donald Trampın görüşü planlaşdırılır. Bəzi Avropa Birliyi ölkələrinin liderləri Budapeştdə planlaşdırılan görüşdə iştirak etmək istəyir. Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, bəzi Avropa Birliyi siyasətçiləri Budapeştdə keçirilməsi planlaşdırılan Rusiya və ABŞ prezidentləri sammitini pozmaq üçün təxribatlara əl atacaqlar. O vurğulayıb ki, Avropa liderlərinin marağı sülh deyil, münaqişənin davam etdirilməsidir. Nazir buna görə də sammitin baş tutmaması üçün yaxın həftələrdə və ya günlərdə müxtəlif təşəbbüslərin ola biləcəyini istisna etməyib. Həmçinin qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban Avropada Rusiya və ABŞ prezidentləri ilə yaxın əlaqələr qura bilən yeganə siyasətçi olaraq qalır və görüşün Budapeştdə keçirilməsi məhz bu səbəbdəndir. Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib ki, Rusiya Prezidenti Vladimir Putinin təyyarəsinin Polşa hava məkanından keçəcəyi təqdirdə həbs olunmayacağına zəmanət vermirlər: "Mən təminat verə bilmərəm ki, müstəqil Polşa məhkəməsi hökumətə belə bir təyyarəni yerə endirmək və şübhəli şəxsi Haaqaya təhvil verməyi əmr etməyəcək. Düşünürəm ki, Rusiya tərəfi bundan xəbərdardır. Ona görə də sammit baş tutsa, ümid edirəm ki, Putinin təyyarəsi başqa marşrutla hərəkət edəcək". Litva da Putinin təyyarəsinin hava məkanından keçməsinə icazə verməyəcəyini açıqlayıb. Litvanın xarici işlər naziri Kestutis Budris deyib ki, Rusiya prezidentinin təyyarəsinin onların hava məkanını keçməsini təsəvvür edə bilmir: "O, Budapeştə getmək istəyirsə, başqa marşrut variantları da var və mən onları nəzərdən keçirməyi məsləhət görərdim".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sherg.az-a deyib ki, Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş yeri kimi Macarıstan paytaxtı Budapeşti seçməklə Qərb ölkələri arasında Ukrayna müharibəsində baxışda fikir ayrılığını dərinləşdirmək istəyir. Ekspert vurğulayıb ki, Macarıstan Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir:

"Budapeşt görüşündə Avropa liderlərinin iştirak etməməsi Brüsseli narahat edir. Putin sülhdə maraqlı deyil. O, Donbası tələb edir. Rusiya 4 il ərzində Donbasın tamamını işğal etməyib. Kiyev Donbasın bir hissəsini nəzarətdə saxlayır və həmin hissəni Rusiyaya verməyəcək. Kiyev indiki şərtlər altında atəşkəsə razıdır. Ukraynanın eyni zamanda itirdiyi əraziləri geri qaytarması çətindir. Putin vaxt udmağa çalışır. O istəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin. Kiyev və Brüssel buna razı deyillər. Donald Trampın məqsədi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır. Münaqişənin həlli onu düşündürmür, çünki bu, mürəkkəb məsələdir. Atəşkəs əldə olunmasa, Ağ Ev Avropa üzərində Ukraynaya hərbi texnika satmaqda davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ronaldu Portuqaliya-Özbəkistan matçının ən yaxşı oyunçusu oldu
00:21 24.06.2026
Futbol
Meloni: Trampla mübahisəni qızışdırmaq niyyətim yoxdur
00:00 24.06.2026
Dünya
Tramp: Livanda atəşkəsin reallığa çevriləcəyinə inanıram
23:44 23.06.2026
Dünya
ÜST: "Ebola virusu sürətlə yayılır"
22:59 23.06.2026
Sağlamlıq
Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq
22:40 23.06.2026
İnfrastruktur
Ronaldo altı fərqli mundialda qol vuran ilk futbolçu olub
22:26 23.06.2026
Futbol
Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib
21:38 23.06.2026
Siyasət
İsmayıllıda bədbəxt hadisə: Traktorun altında qalan kişi öldü
21:27 23.06.2026
Hadisə
İran rəsmisi: ABŞ məhsullarını almaq məcburiyyətində deyilik
21:14 23.06.2026
Region
Ərdoğan Navrotski ilə görüşdü
21:01 23.06.2026
Gündəm
Putin: Rusiya Ukrayna ilə sülh danışıqlarına hazırdır
20:25 23.06.2026
Gündəm
Ağcabədidə itkin düşən qohumlar tapılıb - YENİLƏNİB
20:14 23.06.2026
Hadisə
ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var - ŞƏRH
20:00 23.06.2026
Gündəm
Putin: Sülh danışıqları Ukraynanın təşəbbüsü ilə dayandırılıb
19:14 23.06.2026
Dünya