
Politoloq: Keşiş Qalstanyan Qərbdəki səlibçilərin proyektidir
11:40 15.05.2024
Dünya
580
“Kanada vətəndaşlığı mənim üçün sadəcə bir sənəd, pasport və sübutdur ki, bu ölkədə yaşamışam və yaşadığıma görə çox minnətdaram”.
Bunu Ermənistandakı etiraz aksiyalarına rəhbərlik edən Erməni Apostol Kilsəinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) jurnalistlərin “Kanada vətəndaşlığından imtina edə bilərmi” sualına cavab verərəkən deyib.
“Bu pasport mənə bütün lazımi hüquqi vasitələrlə verilib. Kanada vətəndaşlığının mənim üçün yalnız bu qədər dəyəri var, baxmayaraq ki, çox minnətdaram və bu ölkədə çoxlu dostlarım, qohumlarım var”.
Baqrat Srbazan deyib ki, Ermənistan Respublikasına xidmət etmək üçün nə lazım olursa onu etməyə hazırdı, o cümlədən də Kanada vətəndaşlığından imtinaya:
“Kanada vətəndaşlığı mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Lazım olsa, imtina edəcəm, lazım olmasa imtina etməyəcəyəm”, - Baqrat Srbazan bildirib.
Baqratın fikirlərini “Sherg.az”a şərh edən politoloq Tural İrfan söyləyib ki, keşiş Qalstanyan Qərbdəki səlibçilərin proyektidir:
“Onu Kanadada yetişdiriblər. Qalstanyan dəfələrlə də Azərbaycan-Türkiyə, müsəlmanlar əleyhinə təxribatların birbaşa iştirakçısı olub. Fransa, ABŞ kimi dövlətlər Azərbaycanın qalib gəlməsini və müsəlman torpaqlarının erməni işğalından azad olmasını həzm edə bilmirlər. Qərbdə müsəlmanlara qarşı əvvələr həmişə gizli səlib yürüşü olub. İndi isı artıq açıq fazaya keçiblər. Müsəlmanların sıxışdırılması, İslam əleyhinə qanunlar qəbul edilməsi, müsəlman ölkələrinin müharibəyə bürünməsi, özləri terrora cəlb edib sonra da terrorçu damğası vurulması kimi məsələlər buna misaldır. Hesab edirəm ki, Qərbdə Paşinyanı hakimiyyətə gətirən qüvvələrlə yanaşı başqa cür düşünən qüvvələr də var. Onlar Paşinyanı hakimiyyətə gətirib əvvəlki sistemi dəyişdilər, olsun ki, indi də keşişi gətirib daha radikal ideoloji xətt üzrə işləmək istəyirlər. Yaxud Paşinyan ilk mərhələdə gərəkli olub, ikinci mərhələ üçün isə başqası olmalıdır”.

Ekspert qeyd edib ki, bu ehtimallarla yanaşı Paşinyanın devriləcəyi inandırıcı deyil:
“Sadəcə olaraq bu Ermənistanı Azərbaycan ilə sülhə gəlməkdən vaz keçirmək üçün Fransa, Kanada, ABŞ kimi dövlətlərin planının tərkib hissəsidir. Əgər Paşinyan devrilərsə Qalstanyanın baş nazir olacağı inandırıcı gəlmir. Din xadiminin siyasi rəhbərliyə gəlməsi, həmçinin radikal fikirlərə sahib olması Paşinyan tərəfdarları tərəfindən qəbul edilməyəcək və ölkədə xaos başlayacaq. Keşiş ancaq keçid mərhələsi üçün nəzərdə tutulmuş fiqur ola bilər. Əsl namizəd olsun ki, hələ üzdə deyil. Bunlara rəğmən çox da uzaq olmayan zamanda bu çaxnaşmanın azalacağına inanıram. Çünki Qalstanyan erməni cəmiyyəti üçün birmənalı adam deyil. Onun qaranlıq keçmişi, radikal mövqeyi, sülhün əleyhinə olması sülhə meylli qüvvələr tərəfindən qəbul edilməyəcək. Hesab edirəm ki, o hakimiyyəti ələ ala bilməyəcək. Hər nə qədər xarici dəstəkçiləri olsa da onun hakimiyyətə gəlməsinin real olduğunu düşünmürəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya