Proqnozlarımda yanılmamışam, bu da olacaq - Saakaşvili

Əlimdə olan etibarlı məlumata görə, İvanişvili Prezident Sarayını öz adına keçirməyi, funksiya və memarlığını dəyişməyi planlaşdırır.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili deyib.

“Gürcü xalqının barışmaz düşməni dövləti məhv etməklə yanaşı, dövlət rəmzlərini də məhv edir. Bu saray da Gürcüstan dövlətçiliyinin quruculuğunun doqquz illik “qızıl dövr”ünün simvollarından biridir. Əgər dövlət olmayacaqsa, Prezident Sarayının nə mənası qalır?

Diktator və ağaları gürcülərə çox da uzaq olmayan keçmişdə qazandıqları uğurlarını unutdurmaq istəyirlər. Əminəm ki, vaxt tapsalar, bayraq, gerb və himni də dəyişəcəklər. Təəssüf ki, indiyə qədər proqnozlarımda heç vaxt yanılmamışam”, - o bildirib.