Putin "Oreşnik"i köhnə silah adlandıranlara cavab verib
10:07 19.12.2024
Dünya
414
Rusiya Prezidenti Vladimir Putin "Oreşnik"i köhnə silah adlandıranlara cavab verib.
APA-nın Moskva müxbiri xəbər verir ki, Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Qərbdə "Oreşnik"i köhnə, Sovet dövründən qalma silah adlandıranların ittihamlarına cavab verib.
Onun sözlərinə görə, "Oreşnik" müasir silahdır: “Bu silah müasir Rusiya dövründə işlənib hazırlanıb. Mən şəxsən onun işlənib hazırlanması prosesində iştirak etmişəm. Bu, yeni silahdır”.
Putin silahın niyə “Oreşnik” adlandırılmasını bilmədiyini vurğulayıb.
Rusiya Prezidenti Qərbə Oreşniklə bağlı “şübhə” yaranarsa, Kiyevdə məhvetmə hədəfi seçməyi, hava hücumundan müdafiəni orada cəmləməyi və zərbənin qarşısını almağa çalışmağı təklif edib.
"Heç kimin Oreşniki vurmaq şansı yoxdur", - Putin əlavə edib.
Rusiya Prezidenti qeyd edib ki, “Oreşnik” kompleksinin uçuş məsafəsi 5,5 min km-ə qədərdir.
O diqqətə çatdırıb ki, istənilən sahədə tətbiq olunan yeniliklər mövcud texnologiyalara əsaslanır: "Mühəndislər də “Oreşnik” üzərində işə başalayanda Müdafiə Nazirliyi ilə məsləhətləşmələr aparıb. Qərbdəki bir sıra ekspertlər deyir ki, bu raketləri məhv etmək asandır. Mən onlara nə deyə bilərəm? Onların da bir qədər müasir “Patriot”, “THAAD” sistemləri var. “THAAD” bizim “S-400”dür. Digər sistemlər də var. Bizə deyirdilər ki, raket əleyhinə müdafiə sistemlərindən yayına bilməyəcəyik, amma biz “Avanqard”ı yaratdıq. Onların Polşa və Rumıniya ərazisindəki məntəqələrində raket əleyhinə müdafiə sistemləri var. Polşadakı raket əleyhinə müdafiə sistemlərinin aşkarlama məsafəsi 1000 kilometrdir. Bu məsafəni hədəfə almaq üçün vaxt lazımdır. Bizim sistemlərdə isə döyüş bloklarının açılması üçün bir neçə saniyə kifayətdir. Onlar belə düşünürsə, qoy bizə və onları pul verib danışdıranlara XXI əsrin duelini təklif etsinlər. Qoy Avropanın istənilən nöqtəsinə bütün raketlərini göndərsinlər, biz isə oraya “Oreşnik” ilə zərbə endirək. Belə bir təcrübə həyata keçirək, görək nə alınacaq. Bu, həm bizim üçün, həm də ABŞ-dakı belə mütəxəssislər üçün faydalı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual