Rusiya Prezidenti Vladimir Putin Kremldə Abxaziya "prezidenti" Badra Qunba ilə danışıqlar aparır.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Görüş zamanı Abxaziya lideri Rusiya prezidentini uyğun vaxtda respublikaya səfər etməyə dəvət edib.
Putin isə cavabında Abxaziyaya səfər etməkdən məmnun olacağını bildirib.