Putindən Makrona gözlənilməz sual: “Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz?!”
Putindən Makrona gözlənilməz sual: “Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz?!”
Yusif Nəzərli
09:44 08.02.2022
Dünya
927
Rusiya prezidenti Vladimir Putinlə Fransa prezidenti Emmanuel Makron birgə mətbuat konfransında çıxış ediblər.
“Sherg.az” xarici mediaya istinadən xəbər verir ki, V.Putin E.Makronla Rusiyanın ABŞ və NATO-ya təklif etdiyi təhlükəsizlik zəmanəti məsələsi ətrafında fikir mübadiləsi aparıb.
Görüşü faydalı dəyərləndirən V.Putin, NATO-nun hərbi infrastrukturunu Rusiya sərhədlərinə yaxınlaşdırdığını vurğulayıb. Rusiya lideri NATO və üzv ölkələrin Rusiya silahlı qüvvələrinin harada və necə yerləşdiriləcəyi ilə bağlı “dərs verməyə” çalışdığını bildirib.
Putin NATO ilə bağlı Ukraynaya da gözdağı verib. O, Ukraynanın NATO-ya daxil ediləcəyi təqdirdə müharibənin başlayacağına diqqət çəkib. Putin çıxışını belə davam etdirib:
“Ukraynanın doktrinal sənədlərində Rusiya “düşmən” kimi müəyyən edilib və Krımın hərbi yolla geri alınacağı bildirilir. Təsəvvür edin ki, Ukrayna NATO-nun üzvüdür. O zaman Rusiya ilə NATO arasında hərbi münaqişə yaranacaq. Biz NATO ilə döyüşmək istəyirikmi? Yoxsa, siz Rusiya ilə döyüşmək istəyirsiniz? Fransanın Rusiya ilə döyüşməsini istəyirsiniz?”
ABŞ və NATO ilə təhlükəsizlik təminatları ilə bağlı dialoqun sona çatmadığına diqqət çəkən Putin, bu məsələ ilə bağlı təkliflərinə cavab ala bilmədiklərini də xatırladıb.
Çimnaz Şahlar
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Venesuela ilə dünya tarixində ən böyük neft sazişini bağladı
16:50 31.08.2026
Gündəm
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
16:46 31.08.2026
Dünya
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm