Putinlə Hindistan prezidentinin görüşü yarım saat davam edib

Hindistan Prezidenti Droupadi Murmu ilə Rusiya lideri Vladimir Putinin qapalı formatda keçirilən görüşü təxminən 30 dəqiqə davam edib.

Teleqraf TASS-a istinadən xəbər verir ki, daha sonra tərəflər geniş tərkibli nümayəndə heyətlərinin təqdimatı mərasimində iştirak ediblər.

Prezidentlər şərəf tribunasında yerini aldıqları zaman hər iki ölkənin dövlət himnləri səsləndirilib.