
“Qırğızıstan və Tacikistan arasındakı gərginlik KTMT-yə zərbədir” – Qərb uduşlu görünür!
Yusif Nəzərli
14:19 19.09.2022
Dünya
522
14 sentyabrdan Tacikistan-Qırğızıstan sərhəddində yaranmış gərginlik sentyabrın 18-nə qədər davam edib. Sentyabrın 18-i isə sərhəddə atəşkəs rejiminə dair razılaşmalar pozulmadan və atəş açılmadan keçib. Bu barədə Qırğızıstan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb: “Hazırda tərəflərin nümayəndələri dövlət sərhəddində işlərini davam etdirir, əldə olunmuş razılaşmalara ciddi əməl olunması üçün müvafiq işlər aparırlar”.

Qırğızıstan və Tacikistan arasındakı mövcud vəziyyəti “Sherg.az”a şərh edən analitik Elçin Xalidbəyli bildirib ki, onlar arasındakı hazırkı silahlı toqquşmalar keçmiş SSRİ-nin dağılması nəticəsində ortaya çıxan geopolitik problemlərin sırasına daxildir:
“Bu iki qonşu dövlət arasında mövcud olan sərhədlərin dəqiqləşdirilməsi problemi hələ də həll edilməyib. Ona görə də, vaxtaşırı Qırğızıstan və Tacikistan arasında silahlı insidentlər baş verir.
Təbii ki, iki dövlət arasında silahlı qarşıdurma müəyyən mənada Rusiyanın maraqlarına da cavab verir. Çünki hər iki ölkənin Rusiyadan asılılığı öz aktuallığını qoruyub saxlayır. Onlardan hər hansı biri Rusiyanın maraq çərçivəsindən kənara çıxsa, Kreml dərhal ərazi ziddiyyətlərini qabardacaq. Ancaq burada bir önəmli məqam da var.
Qırğızıstan və Tacikistan hər ikisi müsəlman ölkəsi olmaqla yanaşı, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Yəni, bu sərhəd toqquşmaları əslində, həm də Rusiyanın patronajlığı altında olan KTMT-nın nüfuzuna sarsıdıcı zərbə xarakteri daşıyır.
Hər halda tərkibində yer alan iki dövlətin arasında düşmənçiliyin davam etdiyi bir hərbi-siyasi qurumu geopolitik proseslərdə heç kim ciddiyə almaz. Bütün bunlar onu göstərir ki, Qırğızıstan və Tacikistan arasında silahlı toqquşmalar indiki situasiyada daha çox ABŞ və Qərbin maraqlarına cavab vermiş kimi görünür. Yəqin ki, Qərb siyasi dairələri mövcud ziddiyyətdən istifadə etməyə çalışacaqlar.
Ümumiyyətlə, Qırğızıstan və Tacikistan arasında sərhədlər dəqiqləşdirilməzsə, bu iki dövlətin silahlı toqquşmaları hələ uzun müddət davam edə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Növbəti köç karvanı Xocavəndə çatıb - YENİLƏNİB
12:52 25.08.2026
Qarabağ
Robert Köçəryan xəstəxanaya yerləşdirilib - YENİLƏNİB-4
12:46 25.08.2026
Region
Eyni gündə 6 əməliyyat etdirən qadın öldü
12:37 25.08.2026
Hadisə
Aspirin ən təhlükəli insulta səbəb ola bilər
12:15 25.08.2026
Sağlamlıq
Rusiyadan Ermənistana xəbərdarlıq: Bədəli ağır olacaq
11:57 25.08.2026
Gündəm
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub
11:37 25.08.2026
Hadisə
Rusiyada yeni səfərbərlik olmayacaq - Peskov
10:45 25.08.2026
Dünya
Robert Köçəryan və oğlu saxlanıldı - YENİLƏNDİ
10:34 25.08.2026
Region
"Euronews"un rəhbəri jurnalistləri beynəlxalq əməkdaşlığa çağırıb
10:30 25.08.2026
Media
Ali Məhkəmə sələmçilərə xəbərdarlıq edib
10:29 25.08.2026
Cəmiyyət
Azərbaycana turist axını 9 %-dən çox azalıb
10:06 25.08.2026
Cəmiyyət
Ağdamda sahibkar və şirkət əməkdaşı həbs edildi
10:01 25.08.2026
Hadisə
Azərbaycan neftinin qiyməti 95 dollara enib
09:34 25.08.2026
İqtisadiyyat
Robert Köçəryan saxlanıldı
09:21 25.08.2026
Region
Qızılın qiyməti 4 750 dolları ötüb
08:44 25.08.2026
İqtisadiyyat