Qlabal fond bazarları gözlənilən ABŞ-Çin görüşündən təsirlənib

ABŞ fond bazarlarında əsas indekslər günü artımla başa vurub.

“APA-Economics” xəbər verir ki, Dow Jones indeksi 0,19% artaraq 49 704,47 bəndə, S&P 500 0,19% yüksələrək 7 412,84 bəndə, Nasdaq Composite isə 0,10% artaraq 26 274,13 bəndə çatıb.

Avropa bazarlarında isə qarışıq dinamika qeydə alınıb. FTSE 100 0,36% artaraq 10 269,43 bəndə, DAX 0,05% yüksələrək 24 350,28 bəndə çatıb. CAC 40 isə 0,69% azalaraq 8 056,38 bəndə enib.

Asiya bazarlarında da əsasən müsbət tendensiya müşahidə olunub. Nikkei 225 0,40% artaraq 62 667,26 bəndə, Hang Seng Index 0,11% yüksələrək 26 436,78 bəndə çatıb. Bununla yanaşı, CSI 300 Index 0,35% azalaraq 4 934,58 bəndə düşüb.

Analitiklər bildirirlər ki, bazarlardakı nikbinlik ABŞ və Çin arasında ticarət danışıqları ilə bağlı müsbət gözləntilər, eləcə də süni intellekt və texnologiya sektorundakı güclü korporativ nəticələrlə əlaqədardır. Eyni zamanda, investorlar ABŞ-nin inflyasiya göstəriciləri və faiz dərəcələri ilə bağlı siqnalları diqqətlə izləyirlər.