
"Qorxma-qorxma" taktikası: Avropa liderləri Zelenskiyə “ruh vermək” üçün növbəyə düzülüblər
10:59 28.04.2025
Dünya
652
Ukrayna ABŞ Prezidenti Donald Trampın öz ərazilərini vermək təklifi ilə razılaşmamalıdır. Bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Almaniyanın ARD telekanalına müsahibəsində deyib. Onun fikrincə, Amerika liderinin təklif etdiyi atəşkəs şərtləri daha çox kapitulyasiyaya bənzəyir:
"Kiyev açıq şəkildə bilir ki, xoş niyyətlə razılaşdırılmış davamlı atəşkəsə nail olmaq üçün müəyyən ərazilərdən imtina etməli ola bilər. Lakin onlar, şübhəsiz ki, Amerika prezidentinin son təklifi qədər uzağa getməyəcək, ya da getməməlidir". Nazir vurğulayıb ki, Ukrayna belə şərtləri bir il əvvəl təkbaşına da əldə edə bilərdi: "Bu təslim olmaq kimi görünür".
AĞ Partiya sözçüsü, siyasi analitik Cavanşir Abbaslı Sherg.az-a bildirib ki, Avropa sona qədər Ukraynaya “təslim olma, arxandayıq” mesajını, vədlərini verəcək:

“Amma bu dəstək sözlərdən başqa o tərəfə getməyəcək. Artıq Qərb dünyası Ukrayna savaşının sona doğru getdiyini görməkdədir. Sadəcə bunun ömrünü uzatmağa çalışır. Məqsəd də Rusiya nə qədər zəifləyirsə zəifləsin hədəfini gerçəkləşdirməkdir. Alman müdafiə nazirinə sual vermək lazımdır ki, Ukraynaya indiyə qədər hansı dəstəyi verdiniz? Hətta bir vaxtlar Ukraynaya Almaniyanın silah yardımı etməyəcəyindən bəhs edirdilər. Həmçinin bunun üçün Avropanın digər ölkələri ilə “üz-göz” də olmuşdular. İndi bəs nə oldu? Görürlər ki, Amerika tamamilə fərqli xətt götürüb. Dərhal Avropa ölkələrinin liderləri Zelenskiyə “ruh vermək” üçün növbəyə düzülüblər. Alman müdafiə naziri bilmir ki, cəbhə xəttində güc nisbəti rusların xeyrinədir. İndi Kiyev atəşkəsə getməyib nə etsin? Yeni-yeni ərazilər itirməyə davam etsin? O qədər canınız yanırsa, ən nəhayətdə Ukraynanın hava məkanını bağlayın, canlı qüvvə ilə yardım edin. Bunları son 3 ildən artıq müddətdə etməmisinizsə, demək sizlərin dərdi Ukrayna deyil. Yaxşı bilirlər ki, Rusiya tutduğu ərazilərdən çıxmayacaq və əməliyyatları davam etdirəcək. Bu isə Ukraynanın yeni-yeni ərazilərinin itirilməsi ilə nəticələnəcək”.
Ekspert söyləyib ki, burada yeganə çıxış yolu tərəflər öz mövqeyində qalmaq şərti ilə atəşkəsin əldə olunmasıdır:
“Avropa ölkələri isə yaxşı anlayır ki, bu da Rusiyanın qələbəsi demək olacaq. Yaxşı bunu istəmirsinizsə, o zaman Kiyevə hərtərəfli dəstəyinizi göstərin. Hazırda Ukraynada iki slavyan xalqı həyatını itirir, nəhayət tərəflər bunu anlamalıdır. Ortaq razılığın yolları tapılmalıdır. Əks halda bu savaşda qalib Qərb dünyası olacaq. Bir insanlarının da burnu belə qanamır, amma tərəflərdən sayılırlar. Sonda nəticənin bölüşdürülməsində masa ətrafında yer alsalar, kimsə təəıccüblənməsin. Qərb dünyası tarix boyu belə olub, bu cür də davam edib. Yaxın keçmişdəki II dünya müharibəsini unutmamaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya