
Qriqoryan Kilsəsinin təhrikçi mövqeyi: Baqrat Nikolu qara qüvvə olaraq təsvir etməyə çalışır?
10:52 17.05.2024
Dünya
543
“Bu, dini yox, milli-mənəvi və dəyərlər hərəkatıdır. Bu dəyər sahəsinə uyğun gəlməyən birləşmələr və qruplar sadəcə olaraq kənarlaşdırılacaq”.
Bunu erməni arxiyepiskop Baqrat Qalstanyan deyib.
“Ermənistanın hazırkı hakimiyyəti beynəlxalq aləmdə qəbul edilmir. Şəxsi görüşlər baxımından yox, daha dərin mənada onları qəbul edən yoxdur. Onlar heç bir mənada faktor deyillər. Bu, əlbəttə ki, başa düşüləndir və göz önündədir ”, – keşiş vurğulayıb.
Baqratın fikirlərinə münasibət bildirən politoloq,Tofiq Abbasov “Sherg.az”a söyləyib ki, kilsənin nümayəndəsi Nikol Paşinyanı qara qüvvə olaraq təsvir etməyə çalışır:
“Çünki onun arxasında dayananlar Fransa, Amerika Birləşmiş Ştatları kimi Ermənistan və Azərbaycanın yeni toqquşmasını istəyən qüvvələrdir. Amma burada biabrçı hal özünü göstərir. Dünyada kilsələr, ilahi qüvvəyə sitayiş edən təsisatlar və instutlar insanlar arasında barış yaradırlar. Ermənistan reallıqlarında isə kilsə siyasi proseslərin iştirakçısına çevrilib. Ermənistan dünyəvi dövlət olduğuna görə kilsə proseslərdə yaxından iştirak etməməlidir. Siyasiləşmiş Erməni Qriqoryan Kilsəsi isə təhrikçi mövqedən çıxış həyata keçirir. Onlar Paşinyanı devirməklə revanşistləri hakimiyyətə gətirmək istəyirlər. Beləliklə də Azərbaycanla revanşa çıxmağa səy göstərirlər. Bu yolun isə heç bir perspektivi yoxdur. Əgər belə bir şey baş tutarsa, Azərbaycanın cavabı sərt və adekvat olacaq. Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində bu məsələ ilə bağlı münasibətini bildirən zaman söylədi ki, onlar qırmızı xəttlərini aşsa, Azərbaycan istənilən təhdidin qarşısını alacaq. Prezidentin çıxışı göstərir ki, Azərbaycan dövləti bütün prosesləri nəzarətində saxlayaraq diqqətlə izləyir”.

Ekspert qeyd edib ki, kilsənin hazırki fəailiyyəti erməni xalqına yaxşı heç nə vəd etmir:
“Gürcüstanda da kilsə eyni proseslərə qatıldı. Amma Gürcüstanda Ermənistansan fərqli olaraq kilsənin qapısı döyüldü. katolikos-patriarx II İlya heç vaxt siyasi proseslərə qatılmır. Əksinə olaraq ölkə daxilində böhranlı vəziyyət yarandıqda siyasətçilər Il İlyadan məsləhət istəyirlər. Ermənistanda isə ll Qaregin təxribatçı Qaponun yolunu gedir. Belə olan halda isə Nikol Paşinyan ona ən yaxşı xilas yolunu göstərənin məhz İlham Əliyev olduğunu anlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya