Qrossi: İranın zənginləşdirilmiş uranının böyük hissəsi çox güman İsfahandadır

İranın zənginləşdirilmiş uranının böyük hissəsi çox güman İsfahandadır.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Associated Press“ə deyib.

Onun sözlərinə görə, AEBA ABŞ və İsrailin İrana aviazərbələri ilə bağlı peyk şəkillərinə malikdir və yeni məlumatlar almağa davam edir.

“İranın zənginləşdirilmiş uran maddəsi 2025-ci ilin iyununda - 12 günlük müharibə başlayanda İsfahanda idi və o vaxtdan bəri orada qalıb. Biz indiyə qədər orada yoxlama apara bilməmişik və buna görə də uranın həmin yerdə olduğunu inkar edə bilmərik. AEBA-nın möhürləri hələ də orada mövcuddur”, - Qrossi bildirib.