Rejim dəyişməsə, İranla münasibətlər olmayacaq - Kanada

Kanada İranda hökumət dəyişikliyi istəyir, lakin ABŞ-ın hərbi hücumunu dəstəkləyib-dəstəkləməyəcəyini deməyəcək.

Axar.az xəbər verir ki, bunu Kanadanın xarici işlər naziri Anita Anand deyib.

"Rejim dəyişikliyi baş vermədikcə İranla diplomatik münasibətlər qurmayacağıq. Nöqtə", - o bildirib.

Qeyd edək ki, Kanada 2012-ci ildə İranla diplomatik əlaqələrini kəsib. Şənbə günü Anand İran hökuməti ilə əlaqəli yeddi şəxsə qarşı əlavə sanksiyalar elan edib.