İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında rabitə kanalı açıqdır.
APA xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İsmayıl Bəqayi deyib.
Onun sözlərinə görə, lazım gəldikdə, tərəflər bir-birinə mesaj göndərirlər.
Bəqayi qeyd edib ki, İran qarşılıqlı hörmətə və maraqlara əsaslanan dialoqa hazırdır.