Roma Papası XIV Lev ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən tənqidlərə münasibət bildirib.
Teleqraf xəbər verir ki, bu barədə "Vatican News" məlumat yayıb.
Məlumata görə, pontifik Katolik kilsəsinin əsas missiyasının sülhü təbliğ etmək və "İncil"in dəyərlərini yaymaq olduğunu vurğulayıb.
O qeyd edib ki, bu mövqeyinə görə tənqid olunursa, bunun obyektiv və həqiqətə uyğun şəkildə edilməsinin vacibliyini düşünür.
Qeyd edək ki, daha əvvəl XIV Lev müharibə əleyhinə sərt çıxışları ilə diqqət çəkmişdi. Bu açıqlamalar ABŞ administrasiyasına yönəlmiş tənqid kimi qiymətləndirilmişdi.