ABŞ Dövlət katibi Marko Rubio, ölkənin onlarla beynəlxalq təşkilatdan çıxmaq qərarını şərh edərək bildirib ki, Vaşinqton bu addımı ilə dünyaya arxasını çevirmir.
Sherg.az xəbər verir ki, Rubio Substack platformasında yazıb:
“Bu, Amerika üçün dünyaya üzünü çevirmək demək deyil. Biz sadəcə köhnəlmiş çoxşaxəli əməkdaşlıq modelini rədd edirik.”
Dövlət katibi ABŞ-ın beynəlxalq təşkilatlarda iştirakını yenidən nəzərdən keçirəcəyini vəd edib, lakin hansı təşkilatlara aid olduğunu açıqlamayıb. O vurğulayıb ki, “Amerika xalqının çətinliklə qazanılmış vergilərini nəticə göstərməyən, hesabat verməyən və milli maraqlara hörmət etməyən qurumlara sərf etmək artıq qəbuledilməzdir.”