Rubio Münhendə Ukrayna ilə bağlı görüşə qatılmadı

ABŞ Dövlət katibi Marko Rubio Münhendə Ukrayna münaqişəsi ilə bağlı Avropa liderlərinin görüşünə qatılmayıb.

Axar.az xəbər verir ki, bu barədə adı açıqlanmayan ABŞ rəsmisi "Faynənşl Tayms" qəzetinə bildirib.

Mənbənin sözlərinə görə, bu, diplomatın sıx iş qrafiki ilə bağlı olub.

13 fevral günortadan sonra keçirilən görüşdə Almaniya, Polşa, Finlandiya liderləri və Avropa Komissiyasının rəhbəri iştirak edib.