ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Münhendə Ukrayna ilə bağlı keçirilən görüşdə iştirak etməməsinin səbəbi Suriya üzrə aparılan danışıqlar olub.
Teleqraf xəbər verir ki, Rubio bu barədə Slovakiyanın baş naziri Robert Fitso ilə birgə mətbuat konfransında danışıb.
Onun sözlərinə görə, ABŞ nümayəndə heyəti həmin vaxt Suriya tərəfi və kürd qüvvələri ilə görüş keçirirdi.
“Dörd digər Avropa ölkəsi ilə olan görüşə qatıla bilməməyimizin səbəbi Suriya və kürdlərlə danışıqlar aparmağımız idi”, -deyə o bildirib.
Rubio eyni vaxtda iki yerdə ola bilməyəcəyini də etiraf edib.
Qeyd edək ki, daha əvvəl o, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyünü açıqlamışdı.