Rusiya 36 mindən çox Tacikistan vətəndaşını deportasiya edib

Rusiya 2025-ci ildə 36 mindən çox Tacikistan vətəndaşını deportasiya edib.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Tacikistan Miqrasiya Xidməti məlumat yayıb.

Tacikistan Əmək Nazirliyindən isə bildirilib ki, deportasiyaya daha çox sənədlərin vaxtından gec qaydaya salınması səbəb olub.

2024-cü ildə isə 30 mindən çox Tacikistan vətəndaşının müxtəlif qanun pozuntularına görə Rusiyadan deportasiya edildiyi qeyd olunub.