Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, ölkə hələlik ATƏT-də (OBSE) iştirakını davam etdirəcək.
Sherg.az xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya XİN-in Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov danışıb.
Onun sözlərinə görə, bəzi Qərb qüvvələri Rusiyanın ATƏT-dən çıxmasını istəsə də, Moskva bu addımı atmayacaq. Sergey Lavrov da yaxın günlərdə qeyd edib ki, Rusiya təşkilatda iştirakını illüziyalara görə deyil, öz mövqeyini çatdırmaq və sağlam düşüncəli ölkələrlə əməkdaşlıq üçün davam etdirir.
Maslennikov ATƏT-i Avroatlantik təhlükəsizlik konsepsiyasının nüfuzdan düşmüş hissəsi adlandırıb və vurğulayıb ki, təşkilatın yaşaması üçün təhlükəsizliyin bölünməzliyi və konsensus prinsipi qorunmalıdır.