Rusiya Avropa İttifaqının ofisini vurdu – Leyen Moskvanı hədələdi
11:34 28.08.2025
Dünya
307
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Rusiyanın Ukraynanın paytaxtı Kiyevə endirdiyi son zərbələri şərh edərkən, Avropa İttifaqının (Aİ) nümayəndəliyinin binasının zədələnməsini də şərh edib.
Teleqraf xəbər verir ki, o, Rusiyanın Ukraynanı qorxutmaq üçün bütün vasitələrə əl atdığını bildirib.
“Kiyevə hücumdan qəzəblənirəm. Zərbələr həm də Avropa İttifaqının ofisinə də dəyib. Bu, iyul ayından bəri paytaxta edilən ən ölümcül pilotsuz təyyarə və raket hücumudur”, - qurum rəhbəri bildirib.
Leyenin sözlərinə görə, nümayəndəliyin binasına 50 metr aralıda iki raket düşüb:
“Bu, nələrin təhlükə altında olduğuna dair daha bir acı xatırlatmadır. Bu, Kremlin Ukraynanı terror etməkdən əl çəkməyəcəyini - dinc əhalini, kişiləri, qadınları və uşaqları ayrı-seçkilik etmədən öldürmək və hətta Avropa İttifaqını hədəfə almaqdan əl çəkməyəcəyini göstərir”.
Avropa Komissiyasının prezidenti əlavə edib ki, Aİ Rusiyaya maksimum təzyiq göstərir:
“Bu, sanksiya rejiminin daha da gücləndiriləcəyi deməkdir. Tezliklə 19-cu sərt sanksiyalar paketini təqdim edəcəyik. Paralel olaraq, Ukraynanın müdafiəsi və yenidən qurulmasına töhfə vermək üçün dondurulmuş Rusiya aktivləri üzərində işi davam etdiririk”.
Xatırladaq ki, Rusiyanın Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı 4-ü uşaq olmaqla 16-ya çatıb. Zərbə dalğası Avropa İttifaqının Ukraynadakı nümayəndəliyinin binasına və Britaniya Şurasının (British Council) Ukraynadakı ofisinə ciddi ziyan vurub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət