Rusiya beş uşağı Ukraynaya qaytarıb

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiyanın Uşaq Hüquqları üzrə Ombudsmanı Mariya Lvova-Belova bildirib.

O qeyd edib ki, Ukraynadakı ailələrinə qaytarılacaq uşaqların yaşı dörd ilə 15 arasındadır.

Ombudsman daha bir uşağın Rusiyaya qaytarılacağını söyləyib.

Lvova-Belova ABŞ-ın birinci xanımı Melaniya Trampa uşaqların ailələri ilə yenidən birləşdirilməsi işində fəal iştirakına görə təşəkkür edib.