Rusiya birincidə sərt təpki göstərmişdi - Ukrayna dördüncü dəfə bombardman etdi

Ukrayna Hərbi Hava Qüvvələri Rusiyanın Krasnodar vilyətinin Tuapse şəhərində yerləşən neft emalı zavoduna dördüncü dəfə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb.

Ukrayna Hərbi Hava Qüvvələri bundan əvvəl üç dəfə sözügedən müəssisəyə zərbələr endirib. Ukraynanın hərbi kampaniyası Rusiyanın kəskin təpkilərinə səbəb olub.