Rusiya bu ölkələrə Ukrayna dronları ilə hücum edə bilər

Rusiya Baltikyanı ölkələrə Ukrayna dronları ilə hücum edə bilər.

Axar.az xəbər verir ki, bunu Litva müdafiə nazirinin müavini Robertas Kaunas deyib.

“Litva kəşfiyyat rəsmiləri Rusiyanın ələ keçirdiyi Ukrayna istehsalı olan dronlardan istifadə edərək Baltikyanı ölkələrdə təxribatlar törədə biləcəyini bildirirlər. Söhbət Ukrayna PUA-larından istifadə edərək saxta bayraq əməliyyatından gedir. Əsas məqsəd NATO-nun Ukraynaya dəstəyini azaltmaqdır. Sizi əmin edə bilərəm ki, bu, baş verməyəcək”, - Kaunas bildirib.