Rusiya dəstəyini elan etdi: "Lazım gələrsə Şimali Koreyaya əsgər göndərərik"
10:33 28.04.2025
Dünya
561
Şimali Koreya rəhbərliyi Ukraynaya qarşı döyüşmək məqsədilə Rusiyaya əsgər göndərdiyini ilk dəfə rəsmi şəkildə təsdiqləyib.
Sherg.az xəbər verir ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sazişi çərçivəsində baş tutan bu dəstək, uzun müddət bütün dünyanın gözü qarşısında həyata keçirilsə də, indiyə qədər Şimali Koreya tərəfindən rəsmi olaraq təsdiqlənməmişdi.
Son açıqlama ilə Rusiyaya əsgər göndərilməsi qərarının birbaşa ölkə lideri Kim Çen In tərəfindən verildiyi təsdiqlənib.
Bu açıqlamadan dərhal sonra Rusiya tərəfindən də qarşılıqlı dəstək bəyan edilib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib: "Zərurət yaranarsa, Rusiya da Şimali Koreyaya hərbi dəstək göstərə bilər."
Şimali Koreya lideri Kim Çen In və Rusiya Prezidenti Vladimir Putin ötən ilin iyun ayında Əhatəli Strateji Tərəfdaşlıq Anlaşması imzalamışdılar.
Putin, bu anlaşmanın "Tərəflərdən birinə qarşı xarici hücum halında qarşılıqlı yardımı" da ehtiva etdiyini vurğulamış və "Rusiya bu saziş çərçivəsində Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı da nəzərdən keçirir" ifadəsini işlətmişdi.
Baş verən hadisələrdən sonra Şimali Koreyanın Rusiyaya əsgər göndərdiyi üzə çıxmışdı. Bildirildiyinə görə, Şimali Koreya əsgərləri Rusiyanın Kursk bölgəsində Ukraynaya qarşı döyüşür və ciddi itkilər verirlər. Lakin Şimali Koreya bu əsgər göndərişini indiyədək rəsmi olaraq təsdiqləməmişdi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya