Rusiya Dnepropetrovsk vilayətinə zərbə endirib, 8 nəfər ölüb

Rusiya Ukraynaya genişmiqyaslı pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirib.

“RBK-Ukraine”nin xəbərinə görə, hücumlar nəticəsində ölənlər və yaralananlar var, bir sıra bölgələrdə dağıntılar və elektrik enerjisi problemləri qeydə alınıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının məlumatına görə, hücum nəticəsində 8 nəfər ölüb, daha 11 nəfər yaralanıb.