Rusiya hərbi təyyarələri Hindistana enib

Sentyabrın 10-da üç Rusiya hərbi təyyarəsi Hindistanın Noyda hava limanına enib. Sherg.az xəbər verir ki, bu barədə “India Today” məlumat yayıb.

Təyyarələr yerli vaxtla saat 05:30 radələrində hava limanına çatıb. Onlardan birinin Rusiya hərbi nümayəndələri və qabaqcıl qruplaşmanı daşıyan İl-76 hərbi-nəqliyyat təyyarəsi olduğu bildirilir.

Nəşr təyyarələrin Hindistanın paytaxtı Yeni Dehlidə sentyabrın 12–13-də keçiriləcək BRİKS sammiti öncəsi Rusiyanın hazırlıqları ilə əlaqəli ola biləcəyini yazıb.

Rusiya Prezidenti Vladimir Putinin sammit çərçivəsində Çinin dövlət başçısı Si Cinpinlə görüşü də planlaşdırılır.