Rusiya İES-i vurdu

Rusiya Ukraynanın İvano-Frankovsk vilayətindəki Burştin istilik elektrik stansiyasına (İES) hücum edib.

Axar.az xəbər verir ki, bu barədə Burştin meri Vasili Andreyeşin məlumat verib.

Mer qeyd edib ki, raket hücumları nəticəsində stansiyaya ciddi ziyan dəyib:

“Stansiyanın hazırda enerji istehsalı sıfra bərabərdir. Bundan sonra necə olacağını bilmirik”.