Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalaraq ötən illə müqayisədə üçdə iki hissəyədək kiçilib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Çolpon-Ata şəhərində jurnalistlərə açıqlamasında bildirib.
Aleksey Overçuk qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı ilə Ermənistan arasındakı münasibətlərdə yaranan bu vəziyyət gözlənilən idi və Rusiya tərəfi son 3-4 ildə bu barədə İrəvana xəbərdarlıq edib:
"2024-cü ildə iki ölkə arasındakı ticarət dövriyyəsi rekord həddə - təxminən 12 milyard dollara çatsa da, 2025-ci ildə bu rəqəm 8 milyard dollara düşüb".
Bu il də kəskin azalmanın davam etdiyini vurğulayan Rusiya rəsmisi gələcəkdə ticarət həcminin daha da kiçiləcəyinin aydın göründüyünü diqqətə çatdırıb.