Rusiya İstintaq Komitəsi partlayışda Baş Qərargahın generalının öldüyünü təsdiqləyib - YENİLƏNİB
10:23 25.04.2025
Dünya
501
Rusiya İstintaq Komitəsi Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində Rusiya Müdafiə nazirliyinin general-leytenantı Yaroslav Moskalikin ölümü ilə bağlı cinayət işi açıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya İstintaq Komitəsi generalın ölümü ilə nəticələnən baş vermiş hadisəni qətl kimi tövsif edib.
Həmçinin, komitədən bildirilib ki, avtomobildə partlayıcı qurğu işə düşüb.
Qeyd edək ki, bu gün səhər 10:40 radələrində Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının qarşısında park edilmiş vəziyyətdə olan “Volksvgen” avtomobili partlayıb. Güclü partlayış nəticəsində avtomobilin yaxınlığından keçən bir nəfərin həlak olduğu bildirilib. Rusiya mətbuatı bir qədər sonra partlayış nəticəsində həlak olan şəxsin Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalik olması barədə məlumat yayıb. 59 yaşlı generalın 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.
13:33
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partlaması nəticəsində Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Yaroslav Moskalikin öldüyü məlum olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində Müdafiə Nazirliyinin 59 yaşlı generalı Yaroslav Moskalik həlak olub.
Onun 2021-ci ildən Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini vəzifəsini tutduğu bildirilib.
***
12:50
Moskva vilayətinin Balaşixa şəhərində yaşayış binasının həyətində avtomobil partlayıb.
APA-nın Rusiya bürosu yerli teleqram kanallarına istinadən xəbər verir ki, partlayışın mənbəyi park edilmiş “Volkswagen”in içərisində olub.
Bunu avtomobilə ilkin baxışın nəticələri və dəymiş ziyanın xarakteri göstərir. Hazırda iki versiya nəzərdən keçirilir: partlayıcı qurğu və içəridə yerləşən qaz balonunun partlaması.
Avtomobilin dam örtüyü tamamilə qopub, gövdəsi isə sona qədər yanıb.
İlkin məlumatlara görə, təsadüfi yoldan keçən bir nəfər həlak olub.
Partlayışın səbəbini müəyyən etmək üçün hadisə yerinə əməliyyat-istintaq qrupu gəlib.
Hadisə yerindən kadrlar sosial şəbəkələrdə yayımlanır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya