Rusiya hökuməti Kanada, Fransa və Portuqaliya ilə üç hərbi əməkdaşlıq sazişindən imtina edib.
Teleqraf xəbər verir ki, bununla bağlı Rusiyanın Baş naziri Mixail Mişustinin fərman imzalayıb.
Sərəncamda “SSRİ hökuməti ilə Kanada hökuməti arasında 1989-cu il noyabrın 20-də Moskvada imzalanmış hərbi səfərlər haqqında sazişin; 4 fevral 1994-cü ildə Moskvada Rusiya Federasiyası hökuməti ilə Fransa Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin; və Rusiya Federasiyası Hökuməti ilə Portuqaliya Respublikası Hökuməti arasında Moskvada hərbi əməkdaşlıq haqqında sazişin qüvvədən düşdüyü elan edildi”.
Rusiya Xarici İşlər Nazirliyinə bu qərarla bağlı Kanada, Fransa və Portuqaliyanı xəbərdar etmək tapşırılıb.