Rusiya: Kursk vilayətinə hücumların vurduğu zərər 504 milyard rubldan çoxdur

Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin hücumları nəticəsində dəyən maddi zərər 504,9 milyard rubl təşkil edir.

Sherg.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 640 mülki şəxs həlak olub, 561 nəfər isə yaralanıb. Yaralananlar arasında 25 uşaq da var.

Petrenko bildirib ki, istintaq Kursk vilayətində 53 mədəni irs obyektinə ziyan vurulması ilə bağlı cinayət işlərini araşdırır. Bundan başqa, vilayətə daxil olan xarici muzdlularla bağlı da cinayət işlərinin istintaqı davam etdirilir.