Rusiya hava hücumundan müdafiə qüvvələri son sutkada 77 Ukrayna pilotsuz uçuş aparatını (PUA) vurub.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, PUA-lardan 42-i Saratov, 12-i Rostov, 10-u Kırım, 9-u Volqoqrad, 2-i Belqorod vilayəti ərazisində vurulub.
Bundan əlavə, 1 PUA Çeçenistan, 1-i Astraxan vilayətində məhv edilib.