Rusiya-NATO Şurası ləğv edildi

NATO-nun baş katibi Mark Rutte blokun xarici işlər nazirlərinin iclası zamanı Rusiya-NATO Şurasının ləğv edildiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Rusiya-NATO Şurası artıq mövcud deyil. Rusiya-NATO-nun təsis aktı da yoxdur”, - o qeyd edib.

Sikorskinin sözlərinə görə, Varşava bu qərarı çoxdan axtarırdı:

“Bu gün biz Rusiyaya qarşı Avropa təhlükəsizliyini yaradırıq”.