Rusiya ordusu Zaporojyeyə 1000-dən çox zərbə endirdi

Rusiya ordusunun ötən gün Ukraynanın Zaporojye vilayətinə hücumları nəticəsində üç nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye hərbi administrasiyasının rəhbəri İvan Fyodorov bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri ötən gün vilayətin 33 yaşayış məntəqəsinə 1 019 zərbə endirib:

"Yaşayış evləri, avtomobillər və infrastruktur obyektlərinin zədələnməsi ilə bağlı 149 məlumat daxil olub".

Facebook