Rusiya qoşunları Ukraynanın Xarkov vilayətində yaşayış məntəqəsini nəzarətə götürüb.
Oxu.Az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumata görə, Rusiya hərbçiləri Xarkov vilayətində Novoplatonovka kəndini nəzarət altına alıblar.