Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi! – “Blinken də bunu başa salır”
Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi! – “Blinken də bunu başa salır”
Yusif Nəzərli
12:24 09.09.2022
Dünya
450
ABŞ Dövlət katibi Entoni Blinken Brüsselə səfər edib. Dövlət katibinin sözçüsü Ned Prays bu barədə "Twitter"də məlumat verib. Onun sözlərinə görə, E.Blinken Brüsseldə NATO Baş katibi Yens Stoltenberqlə görüşərək müttəfiqlərin Ukraynaya dəstəyini və Alyansın Rusiya təcavüzünün qarşısını almaq üçün uzunmüddətli planlarını müzakirə edəcəklər”.
Səfərin gizlinlərini “Sherg.az”a şərh edən politoloq Natiq Miri söyləyib ki, indi ABŞ Ukraynada gedən müharibə səbəbindən Avropa ölkələri arasında yaradılmış birliyin sona qədər pozulmamasında maraqlıdır:
“Çünki artıq bu məsələ ilə bağlı Avropada müəyyən narazılıqlar yaranmağa başlayıb. Rusiya ilə danışıqlar mövzusu əsas müzakirə predmetidir. Bu da artıq Avropanın rəsmi Moskvaya güzəştli mövqeyindən xəbər verir. Rusiya-Ukrayna müharibəsi nəticəsində Avropa Birliyi ölkələri həqiqətən də iqtisadi yöndə məhduddiyyətlərlə üzləşib, zərər görüb. Paralel olaraq, enerji daşıyıcıları baxımından AB-nin problemləri yaranmağa başlayıb. Qarşıdan qış fəsli gəlir. Bu qış aylarında Rusiya Avropa ölkələrinə verdiyi qazı tamamilə kəsərsə, həmin ölkələrdə əhali üçün ciddi problemlər yaranacaq. Bir sıra sosial etirazlar başlayacaq.
Ona görə ABŞ qabaqlayıcı tədbirlərlə mövcud birliyin pozulmasını önləmək istəyir. Düşünür ki, Avropa Birliyi ölkələri indiyə qədər göstərdiyi fədakarlıqları davam etdirməlidir. Artıq Rusiya-Ukrayna müharibəsində dönüş nöqtəsi çox yaxındır. Göründüyü kimi Ukrayna ordusu ölkənin cənubunda Xerson və Xarkov istiqamətində müəyyən uğurlu hərbi əməliyyatlar keçirərək işğalda olan min kvadrat kilometrdən artıq ərazini azad edib. İki şəhər təmizlənib.
Bu da müharibədə dönüş nöqtəsinin yarandığına çox ciddi bir işarədir. Belə bir məqamda Avropa Birliyinin Ukrayna ətrafında yaratdığı böyük bir birliyin pozulması, əlbəttə, Rusiyanın mövqelərini gücləndirər, bilavasitə onun siyasətinə xidmət edər. Düşünürəm ki, Blinkenin Avropa ölkələrinə başa salmaq istədiyi əsas mövzu budur”.
N.Miri onu da əlavə edib ki, yaxın zamanda Almaniyada yenidən Ukraynaya yardım edən ölkələrin görüşü olacaq:
“Burda da Ukraynaya indiki əks-hücum vəziyyətində lazım olan silahlar və yardımlar müzakirə ediləcək. Analoji məsələlər də hazırda həm Qərb, həm Ukrayna, həm də digər ölkələr üçün vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
53 nömrəli marşrutun istiqaməti dəyişib
20:05 26.08.2026
İnfrastruktur
Cəlilabad rayonunda zəlzələ baş verib
19:53 26.08.2026
Hadisə
Robert Köçəryanın həbsi ilə bağlı vəsatətə baxılacaq - YENİLƏNİB
19:51 26.08.2026
Region
Azərbaycanda məscidlərin sayı açıqlandı
19:37 26.08.2026
Cəmiyyət
Rüstəm Minnixanov Mehriban Əliyevaya təbrik məktubu göndərdi
19:28 26.08.2026
Siyasət
“Bitcoin”in qiyməti 78 min dollara endi
19:13 26.08.2026
İqtisadiyyat
Şabranda layihənin icrası başa çatıb
18:59 26.08.2026
Ölkə
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi
18:53 26.08.2026
Gündəm
Tramp MKİ rəhbərinin Rusiyaya səfərindən danışdı
18:42 26.08.2026
Dünya
MİQ üzrə növbəti vakansiya seçimi mərhələsinə başlanılır
18:34 26.08.2026
Elm və Təhsil
Pezeşkianın qızı Mehriban Əliyevaya təbrik ünvanlayıb
18:26 26.08.2026
Gündəm
Tramp: Xamenei ölməyib
18:01 26.08.2026
Dünya
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
17:50 26.08.2026
Ölkə
Tramp: ABŞ tezliklə İranda çox böyük bir qələbə qazanacaq
17:42 26.08.2026
Dünya
Azərbaycan XİN Pakistana başsağlığı verib
17:37 26.08.2026
Aktual
Zelenski cəbhə bölgəsinə səfər edib
17:00 26.08.2026
Dünya