
Rusiya "Vaqner"i nəzarətdə saxlayacaq - RƏY
Yusif Nəzərli
11:39 06.09.2023
Dünya
502
Britaniya hökuməti Rusiyanın “Vaqner” özəl hərbi şirkətini (ÖHŞ) terror təşkilatları siyahısına daxil edəcək.
Bu barədə Krallığın Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman bildirib.
Nazirin sözlərinə görə, “onlar terrorçudurlar, həmçinin ÖHŞ üzvlərinin Ukrayna və Afrikadakı fəaliyyəti qlobal təhlükəsizliyə təhdid yaradır”.
Daxili İşlər Nazirliyi rəhbərinin fərman layihəsi tezliklə parlamentə təqdim ediləcək.
S.Bravermanın fikirlərinə münasibət bildirən siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a vurğulayıb ki, Vaqnerin terror təşkilatı kimi tanınması məsələsi uzun müddətdir müzakirə olunur:
"Ayrı-ayrı dövlətlər bu sahadə müvafiq addımlar atıb. Bunun səbəblərindən biri Rusiyanı da terror dövləti kimi tanımaqdır. Çünki Vaqner özəl hərbi təşkilat olsa da, Rusiyanın dövlət büdcəsindən maliyyələşir. Digər ölkələr də "Vaqner"i terror təşkilatı siyahısına daxil edə bilər. Amma bu Rusiya üçün əhəmiyyətli deyil. Şimal qonşumuz fikrini açıq-aydın elan edib ki, "Vaqner" ilə heç bir bağlılığı yoxdur.

Xüsusilə "Vaqner" (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin ölümündən sonra Kremlin "Vaqner" ilə heç bir əlaqəsi qalmayıb. Rusiya bu məsələyə ciddi reaksiya verməyəcək. Gələcəkdə ÖHŞ üzvlərinin açıq və ya gizli formada Rusiya Silahlı Qüvvələrinə qatılmağı mümkündür. Çünki Rusiya ordusunda çoxlu itkilər var. Eyni zamanda "Vaqner" özəl hərbi şirkətinin Ermənistana getməsi ilə bağlı məlumatlar yayılıb. Bu da Ermənistana təzyiq vasitəsidir. Rusiya bundan sonra da "Vaqner"i bu və ya digər formada idarə etməyə, nəzarətində saxlamağa çalışacaq".
Qeyd edək ki, “Vaqner” ÖHŞ-nin terror təşkilatı elan edilməsi ilə, onun üzvləri Böyük Britaniyada qanundankənar hesab olunacaqlar. Onun fəaliyyətinə hər cür dəstək və ictimaiyyət tərəfindən bəyənilmək krallıqda cinayət sayılacaq. Bu cür cinayətlərə görə maksimum cəza 14 il həbsdir.
Böyük Britaniyada müəyyən şəraitdə terror qruplaşmasının simvollarını geyinmək və ya nümayiş etmək 5 min funt sterlinqə qədər (10,7 min manat) cərimə və ya altı aya qədər həbs cəzası nəzərdə tutulur. Ölkədə belə bir təşkilatın hər hansı aktivi aşkar olunarsa, müsadirə edilməlidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya