Rusiya vətəndaşlıq alma prosedurunu asanlaşdırır: Məqsəd odur ki... - ŞƏRH
Banuçiçək Kalbalıyeva
13:44 07.02.2020
Dünya
1480
Rusiya vətəndaşlığını almaq proseduru sadələşdiriləcək. “Kommersant”ın məlumatına görə, hökumət tərəfindən “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna müvafiq dəyişikliklər hazırlanır.
Qeyd edək ki, 2019-cu ilin mart ayında RF Prezidenti Vladimir Putinin sərəncamı ilə Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyasını həyata keçirmək üçün qrup yaradılıb. Qrupun əsas məqsədi Rusiyaya mümkün qədər çox vətəndaş cəlb etməkdir.
Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, bu, Rusiyanın demoqrafik vəziyyəti sabit saxlama istəyi ilə bağlıdır:
“Rusiyada əhalinin sayı getdikcə azalır. Bu, müxtəlif amillərlə bağlıdır. Əsas səbəblərdən biri Rusiya vətəndaşlarının bir çoxunun Avropa ölkələrinə üz tutması və azuşaqlı ailələrin üstünlük təşkil etməsidir. Odur ki, şimal qonşumuz məqsədyönlü şəkildə vətəndaşlıq almaq məsələsini asanlaşdırıb ki, demoqrafik vəziyyət stabil qalsın”.
Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Həmvətənlərimizin bir çoxu biznes əlaqələri yaratmaq üçün bu ölkəyə üz tutur. Mövcud qanun dəyişikliyi vətəndaşlarımız üçün əlavə imkanlar yaradacaq?
Ekspert isə düşünür ki, bu, nəzərəçarpacaq dərəcədə kütləviliklə nəticələnməyəcək:
“Rusiyada təxminən 600 min azərbaycanlı yaşayır. Onların bir çoxu ticarətlə məşğuldur. Düzdür, azərbaycanlılar bu imkandan da istifadə etmək istəyərlər. Amma nəzərə almaq lazımdır ki, yerli dili bilməyənlər üçün Rusiyaya getmək mənasızdır. Başqa bir tərəfdən isə dediyim kimi, çox insan Rusiyaya ticarət qurmaq üçün gedir. Yəni heç kim elə-belə gedib Rusiya vətəndaşlığını almaz. Bu, o deməkdir ki, Rusiyaya getmək istəyənlərin müəyyən planları, proqramları olmalıdır”.
Qeyd edək ki, hökumətin Mətbuat Xidməti qarşıdakı dəyişikliklər barədə məlumatı təsdiqləyib. Söhbət “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 13-cü maddəsinin birinci hissəsinin "q" bəndinin qüvvədən düşməsinin tanınmasından gedir. Bu maddəyə görə, Rusiya vətəndaşlığını alan əcnəbilər vətəndaşlıqdan imtina etməlidirlər. A.Allahverənov isə deyir ki, bu maddə ancaq Rusiyaya daimi gedənlərə aiddir:
“Əlbəttə, müvəqqəti olaraq, yəni turist kimi getmək də mümkündür. Bunun üçün Azərbaycan vətəndaşlığından çıxıb Rusiya vətəndaşlığını qəbul etməyə ehtiyac yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə