Böyük Britaniyanın Krallıq Hərbi Hava Qüvvələrinin strateji kəşfiyyat təyyarəsi “Boeing RC-135W Rivet Joint” və ABŞ-nin müşahidə və kəşfiyyat təyyarəsi “Saab 340B ISR” Kalininqrad vilayəti yaxınlığında müşahidə edilib.
Teleqraf xəbər verir ki, bu barədə “Flightradar24” uçuş monitorinqi xidmətinin məlumatlarında qeyd edilib.
Məlumata görə, britaniyalı kəşfiyyat təyyarəsi Böyük Britaniyanın Uoddinqton Hərbi Hava Bazasından qalxaraq Niderland, Polşa, Almaniya və Litva üzərindən uçub və daha sonra Rusiya regionuna yaxın hava məkanına daxil olub.
ABŞ təyyarəsi isə Polşa ərazisindən qalxaraq Litva və İsveç sahilləri üzərindən uçub, Kalininqrad vilayəti istiqamətində patrul xidmətini yerinə yetirib.
Hər iki təyyarə hələ də Rusiya yaxınlığındakı hava məkanında olduğu bildirilir.