Rusiya Zelenskinin açıqlamasına görə Ermənistana etiraz etdi

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin mayın 4-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammiti ilə bağlı sərt açıqlama verib.

Teleqraf xəbər verir ki, diplomat tədbirdə Rusiya mövzusunun açıq təhdid atmosferində müzakirə olunduğunu bildirib.

Kopırkinin sözlərinə görə, Rusiya Avropa Siyasi Birliyi formatının üzvü olmasa da, müzakirələr zamanı Moskvaya böyük diqqət yetirilib. Səfir Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı sərt açıqlamaların Ermənistan cəmiyyətində narazılığa səbəb olduğunu iddia edib.

Sergey Kopırkin həmçinin qeyd edib ki, Rusiya və Belarusun bu cür formatlardan kənarlaşdırılması bu ölkələrə qarşı ayrı-seçkilik yanaşmasını və birləşdirici gündəmin olmamasını göstərir.