Rusiyada məktəblərdə ilkin hərbi hazırlıq üzrə dərs saatlarının sayı artırılıb.
Sherg.az xəbər verir ki, Rusiya Təhsil naziri Sergey Kravtsovun sözlərinə görə, kurs 8–11-ci siniflərdə tədris olunacaq. İlkin hərbi hazırlığa ümumilikdə 68 saat ayrılacaq.
Nazir bildirib ki, dərs yükü «Vətənin təhlükəsizliyinin və müdafiəsinin əsasları» kursunun 50 faizinə qədər artırılıb.