Rusiyada meymunçiçəyi xəstəliyinə yoluxma halı qeydə alınıb.
APA-nın Moskva bürosu xəbər verir ki, xəstə virusa ölkə daxilində yoluxub, o, hazırda Moskvanın Domodedovo xəstəxanasında təcrid olunub.
Onun tanışı olan kişi də oxşar simptomlarla xəstəxanaya yerləşdirilib, lakin diaqnoz hələ təsdiqlənməyib.
Virusa yoluxanla təmasda olan üçüncü şəxslə isə əlaqə itib. O, virusa yoluxmuş kişi ilə təmasdan sonra yoxa çıxıb. Hazırda Moskva vilayətində meymunçiçəyinə yoluxduğu şübhəli bilinən üçüncü şəxsin axtarışı aparılır.